
BDU
June 2, 2025 at 04:43 AM
BDU “Round University Ranking” reytinqində 137 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyə yüksəlib
Bakı Dövlət Universiteti (BDU) 2025-ci il üçün açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinq cədvəlində 137 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyə sahib olub. BDU bu nüfuzlu reytinqdə 825-ci mövqedə qərarlaşaraq, ötənilki 962-ci göstərici ilə müqayisədə ciddi irəliləyiş nümayiş etdirib.
RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%) üzrə qiymətləndirir.

❤️
👍
😮
32