BDU
BDU
June 2, 2025 at 09:53 AM
📣BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir Müsabiqədə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2025-ci il 05 iyun tarixindən 20 iyun tarixinədək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2025-ci il 02 iyul tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub. Liseyə qəbul imtahanı yalnız bir mərhələdən, müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır: - Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual; - Riyaziyyat – 25 sual; - Məntiq – 10 sual. Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək. Əlaqə üçün: Telefon: (012) 510-74-54; (070) 313-37-20 Elektron-poçt: [email protected] / [email protected]
Image from BDU: 📣BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üç...
❤️ 👍 😢 🙏 12

Comments