
BDU
June 2, 2025 at 01:33 PM
📌 BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub
ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistrantı, beynəlxalq ikili diplom proqramının iştirakçısı Edqar Şahbazov Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin “Molekulyar biologiya” ixtisası üzrə doktorantura proqramına qəbul olunub.
🔹️ Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsidir.

👍
❤️
😮
19