
BDU
June 16, 2025 at 07:27 PM
BDU Qlobal Dayanıqlı İnkişaf Konqresində öz stendi ilə təmsil olunur
Bakı Dövlət Universiteti 16-19 iyun 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən və dünyanın aparıcı ali təhsil və tədqiqat institutlarını bir araya gətirən Qlobal Dayanıqlı İnkişaf Konqresində (Global Sustainable Development Congress) Azərbaycan pavilyonunda öz stendi ilə təmsil olunur.
Dörd gün davam edəcək bu mühüm beynəlxalq tədbir nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının (YÖK) birgə təşəbbüsü ilə təşkil edilib. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində apardıqları fəaliyyətləri müzakirə, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yollarını müəyyənləşdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.

❤️
😮
13