BDU
BDU
June 19, 2025 at 07:15 AM
🥇BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir Bakı Dövlət Universiteti ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşaraq, növbəti mühüm uğura imza atıb. Bu nəticə Universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir.
Image from BDU: 🥇BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənu...
❤️ 👍 😂 🙏 😢 107

Comments