AR Elm və Təhsil Nazirliyi
AR Elm və Təhsil Nazirliyi
June 18, 2025 at 07:02 AM
📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır 📅 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq. 🏫 Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq. ⏳ Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək. 🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur. #mütda #eduaz #məktəbəhazırlıq
Image from AR Elm və Təhsil Nazirliyi: 📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır  📅 2025–2026-cı tədris i...
👍 ❤️ 😒 🥸 🫂 28

Comments