AR Elm və Təhsil Nazirliyi
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 08:50 AM
                               
                            
                        
                            📢 Məktəbəhazırlıq qruplarına qəbul başladı!
📅 Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir.
🏫 Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.
⏳ Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.
🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🇦🇿
                                        
                                    
                                        
                                            🇮🇱
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🇮🇷
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            💖
                                        
                                    
                                        
                                            🤲
                                        
                                    
                                    
                                        32