
QARABAĞ FK 💙🤍
June 9, 2025 at 01:10 PM
🔹 Patrik Andrade “Qarabağ”dan ayrılır
"Qarabağ" klubu yay transfer dönəmində daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Məlumata görə, klub rəhbərliyi müqaviləsi 2025-ci ilin 30 iyununda başa çatacaq yarımmüdafiəçi Patrik Andrade ilə vidalaşmaq qərarını artıq futbolçuya çatdırıb.
Baş məşqçi Qurban Qurbanovun gənclərə daha çox şans vermək istəməsi bu qərarın əsas səbəbi kimi göstərilir.
Qeyd edək ki, Patrik Andrade “Qarabağ”ın əsas heyətində mühüm rol oynasa da, son dövrlərdə meydanda az görünürdü.

😢
❤️
😭
👍
🥲
⚽
🇵🇸
🖕
😂
😎
63