
QARABAĞ FK 💙🤍
4.1K subscribers
About QARABAĞ FK 💙🤍
*_"QARABAĞ" FK💙🤍 kanalına xoş gəlmisiniz!_* _Bu kanal, Ağdamın rəmzi və Azərbaycanın qüruru olan "Qarabağ" Futbol klubuna həsr olunub._ *Kanalımızda nələr olacaq nələr🤩⤵️* *👁️🗨️Ən son xəbərlər* *💬Oyunların şərhli icmalı* *📊Maraqlı statistikaları* *📈Oyunların analizləri* *💥Ən son transfer xəbərləri* *_Keçit Linkimizi Ətrafınızla Paylaşın Daha Çox "Qarabağ" Azərkeşlərini bir araya toplayaq_*⤵️ https://whatsapp.com/channel/0029Vaw5DMh89ina5BZx2M0u *📌Kanala Atılan Məlumatları Başqa Yerdə Paylaşmaq Qəti Qadağandır❗* *_📌Hər Hansı Bir Sualınız olarsa Adminlə Əlaqə Saxlayın_* _https://Wa.me/+994554493805_ _https://Wa.me/+994514493805 Turan Bəy_
Similar Channels
Swipe to see more
Posts

*🎉 2.000 izləyici! 🙌* Qarabağ FK kanalımıza göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirik! Bu ailə günbəgün böyüyür və sizlərin sayəsində daha güclü oluruq! 💪 Qarşıda sizi daha maraqlı paylaşımlar, xəbərlər və sürprizlər gözləyir! 🔥 Bizimlə olduğunuz üçün minnətdarıq — *Qarabağlı olmaq fəxrdir! 🤍💙*


📢 Əziz izləyicilərimiz! Hal-hazırda kanalımızda 1747 nəfərik! Gəlin bu böyük ailəni daha da böyüdək və 2000 nəfərə çatdıraq! Sizdən sadəcə kiçik bir xahişimiz var. Əgər kanalımızı bəyənirsinizsə, 1-2 dostunuzu da bu ailəyə dəvət edin. 🔗 Kanal linki: https://whatsapp.com/channel/0029Vaw5DMh89ina5BZx2M0u Sizin dəstəyinizlə daha güclü, daha böyük bir icma ola bilərik! Əvvəlcədən təşəkkür edirik ❤️

📉 *IFFHS dünya reytinqi açıqlandı!* 🔻 *Qarabağ* 5 pillə geriləyərək 119-cu yerdədir (144.75 xal). 🔼 *Zirə* 232-ci pilləyə yüksəldi (95.75 xal). 🚀 *Sabah* 50 pillə irəliləyib, 317-ci oldu (76 xal). 🔼 *Araz-Naxçıvan* da irəlilədi – 446-cı yer (61.25 xal). Komandalarımıza uğurlar! 🇦🇿⚽️

Əvvəl WhatsApp-da 500 nəfərlik qrupum vardı. Sildim, çünki hədəfim böyük idi — 1000-ə çatmaq istəyirdim. Hətta bəziləri deyirdi ki, bunu edə bilməzsən. Amma indi kanalımızda 2.000-dən çox insan var! Bəlkə bu sayı bəzi insanlara az görünə bilər, amma mənim üçün böyük nailiyyətdir. Sadəcə iki nəfərin bir araya gəlib, bir klub haqqında məlumat paylaşması belə böyük bir işdir. Hər birinizə təşəkkür edirəm, birlikdə daha da böyüyəcəyik! 🙌⚽️

🔹 Patrik Andrade “Qarabağ”dan ayrılır "Qarabağ" klubu yay transfer dönəmində daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Məlumata görə, klub rəhbərliyi müqaviləsi 2025-ci ilin 30 iyununda başa çatacaq yarımmüdafiəçi Patrik Andrade ilə vidalaşmaq qərarını artıq futbolçuya çatdırıb. Baş məşqçi Qurban Qurbanovun gənclərə daha çox şans vermək istəməsi bu qərarın əsas səbəbi kimi göstərilir. Qeyd edək ki, Patrik Andrade “Qarabağ”ın əsas heyətində mühüm rol oynasa da, son dövrlərdə meydanda az görünürdü.


‼️✍️ *"Qarabağ"da ayrılıq!* "Qarabağ"ın sağ cinah müdafiəçisi *Marko Veşoviç* komandadan ayrılıb. 33 yaşlı monteneqrolu futbolçu artıq klubla vidalaşıb və qarşıdakı təlim-məşq toplanışında iştirak etməyəcək. 🔚 Veşoviçin müqaviləsi iyun ayında başa çatır. Yeni klubunun isə *iyulda* bəlli olacağı gözlənilir. 📌 2021-ci ildən "köhlən atlar"ın formasını geyinirdi. *Uğurlar, Veşo! 🙌*


🔴 Aleksey İsayev "Qarabağ"da qalacaq – transfer baş tutmadı! ‼️ "Qarabağ"ın mərkəz yarımmüdafiəçisi Aleksey İsayevin "Sabah"a geri dönəcəyi ilə bağlı yayılan xəbərlər rəsmi olaraq təsdiqini tapmadı. 🔹 Yeni məlumata görə: 29 yaşlı futbolçu zədələnib və əməliyyat olunub. 🩼 Ayağındakı xəsarət səbəbilə o, ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacaq. 📌 İsayev 2023-cü ilin yanvarında "Sabah"dan 450 min dollara "Qarabağ"a transfer olunmuşdu və onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.


👋 *Benzia ilə yollar ayrıldı!* 💸❌️ Yassine Benzia klubda qalmaq üçün maaşını artırmaq istəyib, amma "Qarabağ" bu tələblə razılaşmayıb. Bildirilir ki, o, illik 700 min manat alırdı, amma yeni müqavilədə daha çox istəyib. 📦 Nəticə: yollar ayrıldı. İndi isə böyük ehtimalla karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.


🟩 Qarabağ – Transfermarkt üzrə Yenilənmiş Dəyərlər (2024/25 Mövsümü) 📅 Yenilənmə tarixi: İyun 2025 🌐 Mənbə: Transfermarkt.com.tr 🧤 Qapıçılar Mateusz Kochalski – 1.50 milyon € Shahrudin Mahammadaliyev – 700 min € Fabijan Buntić – 700 min € Sadiq Mammadzada – 150 min € Amin Ramazanov – 150 min € 🛡️ Müdafiəçilər Abbas Hüseynov – 600 min € Marko Vesovic – 150 min € Matheus Silva – 900 min € Bahlul Mustafazade – 800 min € Kevin Medina – 450 min € Badavi Hüseynov – 150 min € Toral Bayramov – 1.50 milyon € Elvin Cafarquliyev – 1.20 milyon € ⚙️ Yarımmüdafiəçilər Aleksey Isayev – 900 min € Marko Jankovic – 750 min € Patrick Andrade – 400 min € Yassine Benzia – 1.20 milyon € Abdellah Zoubir – 450 min € ⚔️ Hücumçular Kady Borges – 2.50 milyon € Leandro Andrade – 2.50 milyon € Nariman Akhundzada – 2.00 milyon € Oleksiy Kashchuk – 1.80 milyon € Emmanuel Addai – 1.20 milyon € Musa Qurbanlı – 750 min € 💰"Qarabağ"ın Ümumi Komanda Dəyəri: 🔹 23.85 milyon €


🔹 Baxın buda "Qarabağ"da yüzminlərlə qazanan Braziliyalının istirahəti "Qarabağ" klubunun braziliyalı müdafiəçisi Mateus Silva yay fasiləsini vətəni Braziliyada ailəsinin yanında keçirir. 27 yaşlı futbolçu istirahətini dəbdəbəli məkanlarda deyil, sadə kənd şəraitində – bağda çalışaraq dəyərləndirir. O, sosial şəbəkədə paylaşdığı videolarla göstərir ki, mənəvi rahatlıq hər şeydən üstündür. 📹 Video üçün link: https://youtu.be/K2U7cWpyB4g