QARABAĞ FK 💙🤍
QARABAĞ FK 💙🤍
June 20, 2025 at 07:24 AM
🇦🇿 “Qarabağ”da hazırlıq başladı! Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” FK istirahətə son verib. 🗓️ İyunun 18-də komanda Suraxanıdakı bazada bir araya gəlib. Lakin hələlik tam heyətlə yox. ⚽ Legionerlər düşərgəyə qatılıb, amma milli komandalarda çıxış edən futbolçular – 🇦🇿 Azərbaycan və 🇲🇪 Monteneqro yığmalarına çağırılanlar – hələ də istirahətdədir: 📋 İstirahətdə olanlar: Marko Yankoviç Şahruddin Məhəmmədəliyev Toral Bayramov Elvin Cəfərquliyev Bədavi Hüseynov Bəhlul Mustafazadə Abbas Hüseynov Musa Qurbanlı 🔁 Qurban Qurbanov bu futbolçulara milli oyunlar səbəbilə əlavə istirahət verib. 📌 “Qarabağ” tam heyətlə iyunun 22-dən etibarən hazırlıqlarını davam etdirəcək.
❤️ 👍 🐺 😂 🐎 🖤 🍀 🐍 👏 53

Comments