
QARABAĞ FK 💙🤍
June 20, 2025 at 01:43 PM
🔴 "Partizan" Patrik Andradeni CAS-a verdi❗️
Serbiyanın "Partizan" klubu "Qarabağ"ın sabiq futbolçusu Patrik Andrade ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
📅 Müraciət bu ilin əvvəlində təqdim olunub, dinləmə iyunun 17-də baş tutub.
⚖️ Şikayətin nədən ibarət olduğu və məhkəmənin qərarı hələlik açıqlanmayıb.
🧾 Xatırladaq ki:
Andrade 2020–2022-ci illərdə "Qarabağ"da çıxış edib
2022-ci ildə "Partizan"a keçib və 26 oyunda 2 qol, 3 assistlə yadda qalıb
2023-cü ilin iyulunda yenidən "Qarabağ"a qayıdıb
2024-cü ilin iyununda müqaviləsi uzadılmayıb, hazırda klubsuzdur
📌 Maraqlıdır ki, Andrade eyni zamanda Kabo Verde yığmasının da üzvüdür və bu hüquqi prosesin detalları gələcəkdə daha aydın ola bilər.

👍
😮
❤️
😡
😢
🍀
👏
😂
🙄
59