QARABAĞ FK 💙🤍
QARABAĞ FK 💙🤍
June 21, 2025 at 12:34 PM
🇧🇷 Pedro Bicalho: “Qarabağ”ı Avropadakı çıxışlarından tanıyırdım ⚽ “Qarabağ”ın yeni transferi Pedro Bicalho klubla bağlı ilk təəssüratlarını bölüşüb. Braziliyalı futbolçu “Qarabağ”ın Avropada qazandığı uğurlar sayəsində bu komanda haqqında əvvəlcədən məlumatlı olduğunu bildirib: > “Qarabağ”ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”. Pedro Bicalho artıq “köhlən atlar”la məşqlərə start verib və yeni mövsümdə azarkeşlərin ümidlərini doğrultmağa çalışacaq.
Image from QARABAĞ FK 💙🤍: 🇧🇷 Pedro Bicalho: “Qarabağ”ı Avropadakı çıxışlarından tanıyırdım ⚽  ...
❤️ 👍 🐎 😍 😎 ❤‍🔥 🍀 👏 🔥 50

Comments